Varan “Real” rəhbərliyinə son sözünü dedi – “Gedirəm”

“Real”ın müdafiəçisi Rafael Varanın mövsümün sonunda komandadan ayrılacaq.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı futbolçu artıq məsələ ilə bağlı klub rəhbərliyini məlumatlandırıb. 25 yaşlı oyunçu yayda Madrid təmsilçisindən gedəcəyini bildirib.

Qeyd edək ki, Varanın xidmətində “Mançester Yunayted”, “Yuventus”, “Bavariya” və PSJ maraqlıdır. Fransa millisinin üzvünün bu dörd klubdan birinə keçəcəyi istisna olunmur.(Qol.az)