“VAR-la danışıb nəsə həll etmək olmur” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasında bu mövsümdən tətbiq edilən VAR (Video assistent referi) texnologiyası haqqında danışıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis VAR-ın qaydaları tənzimləmə və şəffaf oyunun reallaşmasındakı rolunu vurğulayıb:

“Qaydalar qayda olaraq qalır. Sən bunu qəbul etməlisən. Qaydalar barədə şikayət etmək düzgün deyil. Nəzərə alaq ki, bu yeni texnologiya bu gün bizim lehimizə, sabah isə əleyhimizə qərar verə bilər. Transfer pəncərəsi şəffaf olduğu kimi VAR da çox dəqiq və şəffaf texnologiyadır. Bununla belə, əgər transfer pəncərəsindən razı deyilsənsə bunu danışıb həll etmək olar, ancaq VAR fərqlidir. Biz yeni texnoloji tərəqqini və onun futbolda tətbiqini qəbul edirik. Futbol texnologiyaların birləşməsidir”.(Qol.az)