Van Dam Türkiyədə istirahət edir -FOTO

Dünya şöhrətli aktyor, Hollivud ulduzu Jan-Klod Van Dam yay tətilində istirahət etmək üçün Türkiyəyə gəlib.

Oxu.Az xəbər verir ki, məşhuru Milas-Bodrum hava limanından özəl lüks avtomobil qarşılayıb.

Bodrumun dəbdəbəli hotellərinin birində qalan aktyor aeropartda polislə selfi də çəkdirib.

Milyonların sevimlisi olan Van Dam sonra komfortlu avtomobilinə əyləşərək hotelə yola düşüb.