Valverdedən Qrizmann açıqlaması

“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Atletiko”dan ayrılan Antuan Qrizmannın karyerasını Kataloniya klubunda davam etdirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sozcu.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis fransalı hücumçunun “Barsa”ya keçə biləcəyini istisna etməyib:

“Mən hər zaman demişəm ki, Qrizmann əla oyunçudur. Nə vaxt “Barselona”ya keçsə, o vaxt heyətdə ona necə yer verəcəyimizə baxarıq. Amma indi bunlar sadəcə fərziyyədir. Çünki biz hələ ki, “Barselona”yə gəlib-gəlməyəcəyi dəqiq bilinməyən bir futbolçudan danışırıq”.

Qeyd edək ki, Qrizmannın 120 milyon avro qarşılığında “Barselona”ya transfer olacağı gözlənilir.(Qol.az)