Valverde qovulur?

“Barselona”nın baş məşqçisi Ernesto Valverde tutduğu vəzifədən qovulmağa yaxındır.

Sozcu.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Bildirilib ki, La Liqanın qarşıdakı iki turunda xal itkisi olsa, 55 yaşlı mütəxəssis böyük ehtimalla istefaya göndəriləcək.

Qeyd edək ki, 2017-ci ildən “Barselona”ya rəhbərlik edən Valverdenin müqaviləsinin müddəyi gələn ilin yayında başa çatır. Əlavə edək ki, hazırda Kataloniya klubu La Liqada 5 oyundan 7 xalla 8-ci yeri tutur.(Qol.az)

Facebook Comments