Valverde göndərilir – Sabah komanda ilə vidalaşır

“Barselona”nın baş məşqçisi Ernesto Valverde yaxın vaxtlarda Kataloniya təmsilçisini tərk edəcək.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bugünkü iclasda klub rəhbərliyi 55 yaşlı mütəxəssisə müqaviləsinə xitam veriləcəyi barədə məlumat verib. Onun agenti ilə detalların müzakirə edildiyi bildirilib.

Valverdenin artıq bazadakı əşyalarını topladığı və sabah komanda ilə vidalaşacağı qeyd olunub.

Xatırladaq ki, “Barselona” İspaniya superkubokunun yarımfinalda “Atletiko”ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bundan sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər artıb.(Qol.az)

Facebook Comments