“Vallah, fotoşop deyil” – Xatirədən iddialara cavab

Müğənni Xatirə İslam sosial şəbəkədə yeni fotolarını yerləşdirib.

Sozcu.az xəbər verir ki, son günlər xeyli çəki atması ilə gündəmə gələn sənətçi ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Xatirə şəkillərini fotoşopla düzəltdiyini iddia edənlərə cavab verərək “Vallah fotoşop yoxdur, xalis özüməm” sözlərini yazıb.

Qeyd edək ki, müğənni bir neçə ay əvvəl plastik əməliyyat etdirərək, piylərini çıxartmışdı.