Vakant vəzifələrə müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (4 vəzifə) və B (99 vəzifə) növünə aid olan 103 vakant inzibatı vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.

“Qafqazinfo” xəbər verir ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 30 mart tarixinə qədər davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Facebook Comments