Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

“Xural”ın baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Əvəz Zeynallı özü məlumat verib.

Baş redaktor bildirib ki, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyərkən, onu sərhəd keçid məntəqəsindən ölkə xaricinə buraxmayıblar.

“2011-ci ildə məni şərləyib həbs etdirəndən sonra mənə qarşı saxta cərimələr də elan etdilər. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma Vergilər Nazirliyi məndən əl çəkmədi. Məhkəmə hakimləri ilə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Prezident əfv etdiyi adamdan Vergilər Nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?”,- deyə Ə. Zeynallı bildirib.

Qeyd edək vəkil Elçin Sadıqov da Əvəz Zeynallıya qarşı tətbiq edilən mədudiyyəti qeyri-qanuni sayır. E. Sadıqov bildirib ki, məhkəmə qərarı olmadan Vergilər Nazirliyinin bu tip qərarlar verməsi qanuna ziddir.

Facebook Comments