Üzeyirdən toyda döyülməsi xəbərinə reaksiya

Müğənni Üzeyir Mehdizadə Moskvada həmkarı Rəqsanə İsmayılovanın restoranından döyülməsi xəbərinə reaksiya verib.
Sozcu.az-ın məlumatına görə, o, yayılan informasiya haqda İnstaqramda yazıb:

“Əziz izləyilər, dostlar, bizə görə narahat olan adamlar, gördüyünüz kimi hər şey qaydasındadır. Şükür Allaha. Qısa məlumat verim. Sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. O da yoluna düşüb.

Elə vaxt olur ki, bir ailə içərisində iki qardaş arasında da söz söhbət olur. Bizim ən böyük söhbətimiz düşmənimiz ermənilərlədir.

Filankəs Vandamla dalaşdı. Vandamı döydülər. Çox oldu. Kənardan elə başa düşülə bilər ki, iraq olsun bizim ən çox yaşadıqlarımız söz-söhbətdir. Şairlə nə dava dalaş?”

Qeyd edək ki, ifaçı və köməkçisinin Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılar tərəfindən döyüldüyü iddia olunub.(Axşam.az)