Uyğur türkləri fəryadlarını dünyaya çatdırmağın yolunu tapdı…-FOTO

Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində həbs edilərək düşərgələrə yerləşdirilən türkdilli müsəlmanların ailələri yaxınlarının və dostlarının acınacaqlı durumunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir yol tapıblar.

Sozcu.az xəbər verir ki, “Albawaba” nəşrinin yaydığı məlumata görə, qısa videoları yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsində kütləvi şəkildə Uyğur müsəlmanlarının konsentrasiya düşərgələrinin məhbusları olan qohumlarının foto-şəkillərini nümayiş etdirən video-çarxları görünməyə başlayıb. Bu videoların çoxu hüzn musiqisi ilə müşayiət olunur.

Tətbiq eyni fon musiqisi ilə yazılmış videoları avtomatik olaraq qruplaşdırır. Buna görə də istifadəçilər Uyğur müsəlmanlarından gələn video-mesajların kütləvi yayılmasını hiss ediblər.

“Bu, yəqin ki, uyğurlara daha çox güvən verir və acınacaqlı vəziyyətləri barədə dünya ictimaiyyətinə məlumat verməyə imkan yaradır”- Sidney Universitetinin çinşünas alimi Devid Brofi belə deyir.

“Onlar gerçəkdən tam ümidsizdirlər, ona görə də böyük bir risk edirlər. Lakin bu, Uyğur xalqının Çin kommunist partiyasına meydan oxuması və baş verənlərlə razılaşmadğını ifadə etməyə hazır olmasında dönüş nöqtəsi ola bilər”- D.Brofi vurğulayır.(Moderator.az)