Urmiyada etiraz: “Azərbaycan” şüarı səsləndirildi – Video

Bu gün Urmiya şəhərində İran və Kanadanın voleybol yığmalarının görüşü keçirilib.

Sozcu.az xəbər verir ki, oyun Təbriz vaxtı ilə 18:30-da başlanıb.

İranın asayiş qüvvələri oyunu izləməyə gələn azarkeşlərdən “Traktor” futbol komandasının bayraqlarını müsadirə edib.

Lakin stadion ətrafında Tehranın “Persopolis” və “İstiqlal” komandalarının bayraqlarının satılmasına şərait yaradılması soydaşlarımızın etirazına səbəb olub və onlar “Azərbaycan yaşasın”, “Azərbaycan var olsun” şüarları səsləndiriblər.

Qeyd edək ki, ötən gün yarış üçün gələn Kanada, Polşa (Ləhistan) və Rusiya komandaları Təbrizin hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanmışdı və bu da etirazlara səbəb olmuşdu.\Axar.az\