Ümidsiz “Niyə də yox?”dan,əsl “Niyə də yox?”a

Cabir Turan Cəfərbəyli
İdmanda,əlaxüsus futbolda dəyərlər gündən-günə dəyişir.İndi atletika yarışlarının 100,200 metr növündə dünya çempionluğu,digər idman növlərinin olimpiya çempionluğundan qat-qat üstündü.Vaxt vardı futbol üzrə dünya çempionatı ən nüfuzlu yarış sayılırdı.İnsanlar bir dünya çempionatı bitən günün sabahı,artıq növbəti,4 ildən sonrakı dünya çempionatının günlərini sayırdılar.Çox böyük bir kütlə,azarkeşik etdiyi komandaları,futbolçuları 4 ildən bir görürdülər.
Telekommunikasıyanın inkişafı ilə,marketinqin futbolu içinə daha artıq almağı ilə şərtlər,maraqlar dəyişdi.Artıq insanlar həftənin 7 günü futbol izləyə bilirdilər.Məhşur ulduzların oyunlarını həftədə 3 gün gün izləyə bilmək şansına malik oldular.Dəyişən bu futbolda artıq insanlar dünya çempionatını səbrsizliklə gözləmirdilər.Artıq dünyanın 1 nömrəli futbol yarışı-ÇEMPİONLAR LİQASI olmuşdu.Klub futbolu sürətlə milli komandaların önünə keçmişdi.İndi MİLLİ qələbələr tək ölkənin yığma komandasının uğurları ilə ölçülmür.Beynəlxalq yarışlarda klub futbolunda qazanılan qələbələr də MİLLİ qələbə sayılır.Bu gün 106 illik futbol tariximizin ən önəmli günüdür.”Qarabağ”Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər.Bir çoxları bu həyacana dodaq büzür.Bəli,klubumuz ÇL-ın qrupuna vəsiqə alsa nə torpaqlar qayıdacaq,nə ölkədəki sosial-siyasi vəziyyətə mənfi-müsbət təsir edəcək,bu başqa məsələ.Amma idman,futbol,marketinq sahəsi üçün bu uğur vacibdir.Tək bu uğur Avropa,İslam oyunlarından daha vacib,daha təntənəlidir.

Milli komandamızın 2018-ci il dünya çempionatı üçün şüarı “Niyə də yox?”idi.Əslində hamımız içimizdə bilirdik ki,bu heç də real deyil.Lakin əsl “NİYƏ DƏ YOX?”məhz indidi.Hədəf bəlli,yol bəlli,güc bəlli,qət edilmiş məsafə də bəlli.”NİYƏ DƏ YOX?”

UĞURLAR,”QARABAĞ”!

Facebook Comments