Ulduz yağacaq

Gələn həftə ən gözəl təbiət hadisələrindən biri – Geminid “ulduz yağışı” baş verəcək.

Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu təbiət hadisəsi yaydakından fərqli olaraq, xüsusilə parlaqlığı ilə seçilir. “Ulduz yağışı”nın ən fəal döründə – dekabrın 14-də isə bir saat ərzində 200 meteoru görmək mümkün olacaq.

Geminid “ulduz yağışı”nın başqa bir xüsusiyyəti, səma cismlərinin sürətidir: bunun sayəsində atmosferin alt qatına qədər keçən və partlayaq meteorlar şimşəyə bənzər parlaq işıq parıltıları yaradır.

Facebook Comments