Ukraynanın sabiq prezidenti Dövlət Təhqiqat Bürosuna gəlib –dindirilmək üçün

Ukraynanın sabiq prezidenti Petro Poroşenko dindirilmək üçün Dövlət Təhqiqat Bürosuna gəlib.

Onun Dövlət Təhqiqat Bürosuna çağırılması “Pryamoy” kanalını əldə edərkən vergidən yayınma halı ilə əlaqədardır.

Bundan əvvəl Dövlət Təhqiqat Bürosu P.Poroşenkonun adını 11 icraatda hallandırıb.

Büronun rəhbəri Roman Truba bildirmişdi ki, Poroşenko bu icraatlar haqqında “yaxşı bilir”. (Report)