Ukraynada fövqəladə vəziyyət: ölənlər var

Ukraynanın Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti fövqəladə vəziyyət yaradıb.

Sozcu.az xəbər verir ki, qasırğa ilə müşahidə olunan güclü yağışlar nəticəsində İvano-Frankovsk şəhərinin 57 yaşlı kişi və 11 yaşlı oğlanın həyatına son qoyub.

Məlumata görə, qeyri-sabit hava şəraiti Zakarpatya, İvano-Frankovsk, Lvov, Xmelnitski və Çernovtsı vilayətlərinə ziyan vurub. Sellə müşayiət olunan güclü yağış nəticəsində 10 minə yaxın ev, 9 minə yaxın kənd təsərrüfatı sahəsi, 100 kilometrlik yol su altında qalıb.

Fövqəladə hallar yaranan zaman təhlükəli zonalardan minə yaxın insan, 90-dan artıq avtomobil evakuasiya olunub.