Ukraynada daha bir nəfər prezidentliyə namizədliyini geri götürdü

Ukraynada prezidentliyə namizəd Aleksandr Moroz siyasi mübarizədən çəkilməyi qərara alıb.O, bəyanatında seçki kampaniyasında iştirakını qeyri-məqbul hesab etdiyini açıqlayıb.
Bununla da altıncı namizəd seçki kampaniyasında mübarizəni dayandırıb. Daha əvvəl Dmitri Qnap, Dmitri Dobrodomov, Sergey Krivonos, Yevqeni Muraev və Andrey Sadovoy prezidentliyə namizədliklərini geri götürüblər.

Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası 44 nəfərin namizədliyini qeydə almışdı.