Ukrayna səhiyyə naziri istefaya göndərildi

Ukrayna parlamenti Səhiyyə naziri İlya Yemeçi vəzifəsindən azad etmək barədə qərar qəbul edib.

Sozcu.az xəbər verir ki, Yemeçin vəzifədən azad edilməsini 271 deputat dəstəkləyib. Onun yerinə Maksim Stepanovun səhiyyə naziri təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Yemeç vəzifəsinə 1 ay əvvəl təyin edilmişdi. O, Ukraynanı koronavirusla mübarizəyə yaxşı hazırlamamaqda ittiham olunurdu.axar.az

Facebook Comments