Ukrayna Rusiyaya qarşı “qisasçılar” yaratmaq istəyir

Ukraynanın 1000 kilometrə qədər hədəfləri vuracaq raketlərə ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu “NyusVan” televiziyasına müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki Oleq Starikov deyib.

“Bu cür qisas silahı Rusiyaya adekvat cavaba imkan verəcək. Bu silah hücum və müdafiə silahı olacaq. Bizim hazırda belə silahımız yoxdur, amma kiçik mənzilli raketi “Yujmaş” zavodunda hazırlaya bilərik. Bunun üçün bütün texniki potensialımız və resurslarımız var”, – deyə o bildirib.