Ukrayna adekvat cavab verdi – Nazir müavini ölkəsindən qovulan rus diplomatın adını açıqladı

Baş konsulunun Rusiyadan qovulmasına cavab olaraq rəsmi Kiyev Rusiyanın Ukraynadakı səfirliyinin əməkdaşı Çernikovu ölkədən qovacaq.

Sozcu.az xəbər verir ki, həmin diplomatın adını ilk dəfə “Ukrayna 24” telekanalının efirində Ukrayna Xarici İşlər nazirinin müavini Yevqeni Yenin elan edib.

“Baş diplomat Rusiyanın Kiyevdəki səfirliyinin məsləhətçilərindən biridir. Konkret bir adam var. Soyadı Çernikovdur. Müvafiq məlumat sabah səhər Rusiya səfirliyinə göndəriləcək” , nazir müavini belə deyib.

Yenin Kiyevin Rusiyanın Ukraynadakı səfirliyinin baş diplomatı Çernikovun qovulmasına görə Rusiya tərəfindən şantaj edildiklərini bildirib: “Bizə deyirlər ki, konsulluqlardan birinin deyil, səfirliyin işçisini “persona non qrata” elan etməkdə israr etsəniz, onda biz də Moskvadakı səfirliyinizin əməkdaşını Rusiyadan qovacağıq”.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevdəki səfirliyindən olan bir yüksək səviyyəli diplomatın 19 apreldən başlayaraq 72 saat ərzində ölkəni tərk etməli olduğunu bildirib.
Müvafiq qərar Rusiya Xarici İşlər Nazirliyinin Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun FTX tərəfindən tutulması ilə əlaqədar ölkəni 72 saat ərzində tərk etməsini tövsiyə etdikdən sonra qəbul edilib.

Facebook Comments