“Uğurların sərhədi yoxdur” – Ronaldo

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo A seriyasında ilin futbolçusu seçilməyini şərh edib.

Sozcu.az-ın məlumatına görə, bununla bağlı portuqaliyalı hücumçu sosial şəbəkədə yazıb: “İngiltərə, İspaniya və İtaliyada çempionluq… İngiltərə, İspaniya və İtaliyada ən yaxşı oyunçu seçilmək… Uğurların sərhədi yoxdur”.

Qeyd edək ki, Ronaldo Avropanın beş böyük liqasının üçündə bu adı qazanan ilk futbolçu olub.(Qol.az)