Ucarda su problemi – Prezidentə şikayət

Sozcu.az saytına Ucar rayon sakini Hüseynov Namiq Inqilab oğlu tərəfindən şikayət məktubu daxil olub.
Həmin məktubu olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Ucar şəhəri Heydər Əliyev prospekti ev 99 mənzil 1-də yaşayan

Hüseynov Namiq Inqilab oğlu tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Preident!

Bir neçə il bundan əvvəl dövlət hesabına Ucar şəhərinə yeni su xətti çəkiləndə sevincimizin həddi-hüdudu yox idi. Atalar demiş “susuz həyat yoxdur”. Ucar şəhərin 24 saat fasiləsiz su ilə təmin olunması dövlət tərəfindən sakinlərə verilmiş ən böyük hədiyyə idi.Lakin bu yaxınlardan Ucar şəhəri Heydər Əliyev pospektində yerləşən mənzillərə suyun verilməsində fasilələr başlayıb. Mən bununla bağlı “Azərsu” ASC-nin Ucar Su İdarəsinə telefonla zəng edərək əlaqə saxladım.İdarədən mənim zəngimə cavab verən operator mənə bildirdi ki, yəqin filtri tutulub.Əməkdaşımızı göndərərik baxarlar. iki gündən sonra Ucar Su İdarəsindən gələn Elşən adlı əməkdaşı mənzilimə gələrək su sayğacının daşını çıxarıb baxaraq işlədiyi bildirdi. Mən problemin sayğacda deyil əraziyə verilən suyun zəif olduğunu bildirdikdə Elşən mənə dedi ki, mən sənə su verənəm “get başına çarə qıl!” Mən onun bu sözünə etiraz edib şikayət edəcəyimi bildirdikdə isə mənə dedi ki, “İlham Əliyevə, Putinə kimə istəyirsən get şikayət et” Mən “Azərsu” ASC-nin Ucar Su İdarəsinə zəng edib təkrar şikayətimi bildirdim. İdarənin qəza xidmətinin Nurlan adlı rəhbərinin cavabını eşidəndə isə dəhşətə gəldim. Qəza xidmətinin rəhbəri haqlı şikayətimin həll olunması əvəzinə mənə dedi ki, “.Sizin adresinizə su saatla veriləcək. Ona görə problem yaranırsa çən tikdir, su verilən vaxtı çənini doldur. Su olmayan vaxtı çənindəki sudan istifadə et”. Mən onun bu cavabına etiraz edərək bildirdim ki, suyun əvvəlcə pulun ödəmişəm. Niyə suyumuzu saatla verirsiniz? Onun cavabı bu oldu ki, ” bu müdirin tapşırığıdır ki, subh namazından sonra günorta və axşam yeddidən sonra iki saat su verilməlidir? Bir sənə görə rejim dəyişməliyik?

Dövlətin milyonlarla vəsaiti xərclənib ki Ucar şəhərinin sakinlərini içməli su ilə aramsız təmin olunsun. Köhnə xətt olan zamanı su fasilə ilə verilsədə suyun kəsilməsi sutkanın az müddətində olurdu. Fikirləsirdik ki, su xətti köhnədir.40-50 il əvvəl çəkilib.Keçən müddət ərzində sakinlərin sayı artıb.Ona görədə dözürdük.Bilirdik ki, dövlət bizim bu problemimizi həll edəcək. Yeni su xəttinin çəkildiyi beş-altı ildir. Bu qısa zaman ərzində yaşadığımız ərazidə sakinlərin sayı bu qədərmi artıb ki, yenidən bizə suyu fasilə ilə verirlər? Axı dövlət proqramı qəbul olunub həyata keçiriləndə belə hallar nəzərə alınmalıdır. Niyə biz pulumuz əvvəlcədən ödədiyimiz halda bizə su fasilə ilə verilməlidir? Yeni su xətti çəkiləndə hər bir abonentlə müqavilə bağlanır.Bu müqaviləyə əsasən “Azərsu” ASC abonentlərə fasiləsiz su verilməsi öhdəliyini götürüb. Ölkəmiz inkişaf etdiyi bir zamanda Ucar rayon Su Idarəsi bir əsr geri qayıdır. Keçən əsrin axırlarında olduğu kimi abonentlərə deyirlər çən tikdirin O zaman Sovet imperiyasının son dövrləri idi. Ölkədə böhran və qarışıqlıq var idi. Vəzifəli şəxslərdə bundan istifadə edib tutduqları vəzifədən öz mənafeləri üçün istifadə edirdilər. Bu gündə Ucar Su İdarəsinin qəza xidmətinin rəhbəri Nurlan kimi vəzifəli şəxslərdə eyni yolu gedirlər.

Cənab Prezident!

Öz çıxışlarınızda məmurların vətəndaşara qarşı özbaşınalıqlarına son qoymalarına, həmin məmurların vətəndaşlara xidmət etməyi borlu olduqlarını dəfələrlə qeyd etmisiniz. Lakin Ucar rayon Su İdarəsi bu hərəkəti ilə sizin bu tapşırıqlarınızı qulaqardına vurmaqları ilə bizim hüquqlarımızı pozurlar. Ona görədə sizdən xahiş edirəm Ucar rayon Su İdarəsinin biz sakinlərə etdiyi bu qanunsuzluqların araşdırılması üçün tapşırıq verəsiniz.

İmza : Hüseynov Namiq İnqilab Oğlu

Əlaqə nömrəsi: 055 710 59 11