Uçan taksinin test uçuşunun ilkin mərhələsi uğurla başa çatdı

Almaniyanın Münhen mərkəzli uçan taksi təşəbbüsçüsü “Lilium” şirkəti inkişaf etdirdiyi şaquli eniş və qalxış edə bilən elektrikli uçan taksisinin test uçuşunun ilkin mərhələsini başa çatdırıb.

Beş nəfərlik uçan taksinin test uçuşunun ilkin mərhələsi saatda 100 km-dən artıq sürətə çataraq tamamlanıb.

Sozcu.az chip.az-a istinadən bildirir ki, Almaniya inkişaf etdirməkdə olduğu uçan taksini 2025-ci ildə böyük şəhərlərdə istifadə etməyi planlaşdırır. Uçuşların müvəffəqiyyətlə həyata keçirilməsi istehsal gücünün artırılmasına təşviq edir.

350 əməkdaşı olan “Lilium” şirkəti tərəfindən Münhen yaxınlığında ikinci zavodunu quraraq 2025-ci ilə qədər 500 yeni məşğulluq yeri yaradılacağı da qeyd olunub.

Sözügedən uçan taksinin qanadlarında 36 ədəd elektrikli mühərrik var. Uçan taksi tam uçuşa hazır olduğu zaman sürəti saatda 300 km.-ə çatacaq.