Üç ayda neçə ailə ipoteka krediti alıb?

2019-cu ilin yanvar-fevral-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 52,4 mln. manat olub.

Bu müddətdə 796 ailə ipoteka krediti almaq hüququ qazanıb.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 1 aprel 2019-cu il tarixinə İKZF-nin xətti ilə 26 mindən çox ailəyə 1,2 mlrd. manatdan artıq ipoteka krediti, eləcə də, 380,3 mln. manat məbləğində 7,854 min sosial ipoteka krediti verilib.

Hazırda 24 bank, 18 sığorta şirkəti və 17 qiymətləndirici İKZF-nin agenti qismində çıxış edir.

Qeyd edək ki, 2018-ci ildə 3,96 min ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir.