Üç ay müddətinə əhalinin kommunal ödənişləri bağışlana bilər

“Müstəqillikdən üzü bəri Azərenerji, Azərqaz, Azərsu büdcədən dəfələrlə yüzmilyon manatla ölçüləcək yardım alıblar, onların vergi borcları silinib”.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Büdcə həm də vətəndaşın vergisi ilə formalışır – deməli biz, vətəndaşlar onlara büdcə vasitəsi ilə həmişə yardım etmişik. İndi borcumuzu qaytarsınlar – 3 ay müddətinə əhalinin bütün kommunal ödənişləri bağışlanılsın. Qərar mart-aprel-may aylarına şamil edilməlidir. Borcumuzu qaytarın!” – N.Cəfərli qeyd edib.

Facebook Comments