“Twitter”in işində problemlər yaranıb

Bir sıra ölkələrdən olan istifadəçilər “Twitter” qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər.

Sozcu.az Trend-ə istinadən bildirir ki, xidmətdəki texniki nasazlıqlar əsasən Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrdə müşahidə olunur. Rusiya sakinləri də problemlərlə üzləşiblər – ən çox şikayət Moskvadan gəlib.

Əksər şikayətlər veb-saytdakı problemlərlə bağlı olub (45%).