Tuskun Bakı səfəri: Azərbaycan üçün böyük hadisə… – Deputat

Əminəm ki, bu görüş qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığımızın inkişafına müsbət məcrada ciddi təsir edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana gəlişi haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanın apardığı xarici siyasət Avropa İttifaqının maraq dairəsindədir:

“Düşünürəm ki, bu görüş Azərbaycan üçün böyük hadisədir. D.Tuskun Azərbaycana gəlişi əməkdaşlığımızın çox yüksək olduğunu göstərir. Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişafına da böyük fayda verəcək. Həmçinin, Tuskun ölkəmizə səfəri Aİ-nin Azərbaycana verdiyi dəyəri bir daha sübut edir”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyunun 8-i Azərbaycana səfərə gəlib.

Sozcu.az