Türkmənbaşı Putinin avtomobilindən almaq istəyir

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinin xidməti avtomobilindən almaq istəyir.

Berdiməhəmmədov bu barədə Rusiyanın Baş naziri Dimitri Medvedyevlə Xəzər İqtisadi Forumundan əvvəl söhbəti zamanı deyib.

Berdiməhəmmədov forumun keçiriləcəyi məkanın girişindəki “Aurus” markalı avtomobili gördükdən sonra eynisindən almaq istədiyini bildirib, Medvedyev də ona “tələbiniz qeydə alındı” cavabını verib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Aurus Senat” limuzinindən ilk dəfə ötən il andiçmə mərasimi zamanı istifadə edib. Rus lider həmçinin ABŞ Prezidenti Donald Trampla Helsinkidə keçirilən görüşə də sözügedən avtomobillə getmişdi.(Axar.az)