Türklərə qarşı fars şovinistləri ilə erməni əlaqələrinin xronologiyası

AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT

“Lozan Sülh Konfransı”ndan və xüsusilə Ararat Erməni Hökümətinin (Ermənistan Respublikasının) bolşeviklər tərəfindən yıxılmasından, Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif yerlərinə mühacirət edən Daşnaksütyun partiyasının yetgililəri və üzvlərinin böyük bir qismi “İran” adlandırılan ölkəyə qaçmış və burada ciddi fəaliyyətə başlamışdılar. Təbrizə toplanan Daşnaksütyun partiyasının üzvləri buranı “Erməni hərəkatı”nın ən mühüm mərkəzlərindən biri durumuna gətirmişdilər. İranda bir çox önəmli vəzifələrdə, ordu və Məclisdə bulunan İran ermənilərinin vasitəçiliyi ilə və İran üzərində az-çox təsiri olan bir çox Şərqi və Qərbi Avropa dövlətlərinin təşəbbüsü ilə köcəri ermənilərin burada önəmli təşkilatları, milli və mədəni qurumları, ictimai və iqtisadi təşkilatları, məktəbləri, teatr və qəzetləri yaradılmışdı.

Daşnaksütyun Partiyasının hər il Təbrizdə müntəzəm Qurultayları keçirilmiş və bu Qurultaylarda Avropada, Qafqazda və Sovet hökümətində çalışan millətçi, şovinist ermənilər də həvəslə iştrak etmişdilər. Ermənilər İranda bir çox inzibati, rəhbər və hərbi müəssələri əllərinə keçirmiş, xüsusilə xarici imperialist qüvvələrin təzyiq və təşviqi ilə Qacar sülaləsinə son qoyub mehtərbaşı Rzanı hakimiyyətə gətirdikdən sonra Güney Azərbaycanda iqtisadi və ticari üstünlük əldə etməyə çalışan şovinist ermənilər getdikcə daha da güclənmişdilər. İrandakı Sovet səfiri erməni əsilli Davityanın da sayəsində bir çox müəssisələr ermənilərin əlinə keçmişdi.

Təbrizdəki Daşnaksütyun partiyasına mənsub bir çox ermənilər Avropada olduğu kimi Daşnaksütyun partiyasından ayrılaraq erməni “Aror” təşkilatını qurmuşdular. Mühacir ermənilərin yaratdığı bu təşkilat Güney Azərbaycanda bütün Sovet idarələrini ələ keçirmiş, Təbriz, Urmiya, Marağa, Xoy və s. kimi bir çox yerlərdə ticarət, nəqliyyat və iqtisadiyyatla bağlı bir çox müəssələr qurmuşdular. Ermənistanın 28 may 1918-ci il müstəqillik günü bütün İrandakı ermənilər tərəfindən rəsmən qeyd edilmiş, bir çox erməni və Sovet məktəblərində, teatrlarda və mətbuatda milli erməni ruhu və milli erməni bağımsızlıq düşüncəsi gücləndirilmişdi. Ermənilərin İrandakı fəaliyyətləri yalnız bununla bitməmiş, ermənilərin fəaliyyəti getdikcə daha açıq və ciddi siyasi mahiyyət almış və yenidən daha kəskin və aqressiv təsirini İrandakı şərtlər içində daha da gücləndirmişdi. İranda nəşr olunan “Təbriz”, “Pərvəriş” və s. kimi mətbuat orqanları bilərəkdən və ya bilməyərəkdən ermənilərin bu aqressiv fəaliyyətlərinə alət olmuşdu. Belə ki, Rəşt şəhərində nəşr olunan “Pərvəriş” qəzetinin 291-ci sayında əslən Türkiyə ermənilərindən olan “K.Yağıkyan” imzalı bir şəxsin “Bütün dünya İranlılarına Müraciət” başlıqlı 17 maddəlik bir yazısı dərc edilmişdi.
Erməni Yağıkyan bu projesində göstərir ki, yeni Türkiyə Avropa və Qərbdəki dayaqlarını itirdikdən sonra gözünü Şərqə çevirmiş və digər Türklərlə birləşərək yenidən güclənmək istəyir. İran da belə etməlidir. Çünkü İranın coğrafi vəziyyəti və siyasi yeri onu “İran irqindən” (İrani – nejad”) olan millətlərin mərkəzi şəklinə soxmuşdur. Hər bir İranlı və xüsusilə dövlət başçısı və dövlətin irəli gələnləri qonşuların bir-biriləri ilə olan anlaşmazlıqlarından yararlanaraq “İran irqindən” olan millətlərin birləşməsi üçün gərəkən təməlləri hazırlamağa başlamalıdır. “İran irqindən” olan millətlərin birləşməsində İranın oynayacağı rol Alman birliyi üçün Prusyanın oynadığı rol kimi olmalıdır (İqtibas Mirzə Bala Məmmədzadənin “Erməniər və İran” əsərindən götürülmüşdür – A.M.Bax; Göstərilən əsər, İstanbul 1927, səh.4).

Yağıkyan kəşf etdiyi “İran irqindən” olan millətlər sırasına farslarla yanaşı erməniləri, gürcüləri, tacikləri, bəlucları, lurları, talışları, tatları, kürdləri, zərdüştiləri və hətta asurları (aysoriləri – A.M.) da daxil etmiş və göstərmişdi ki, gələcəkdəki “Ari dövləti” nin sərhədləri Qafqaz dağlarına, yəni “Sabiq Böyük Ermənistan”nın qərb sərhədlərinə qədər genişlənməlidir. İran əsilli millətlərin birləşməsindən sonra Hindistanla da dost və müttəfiq olmalıdır. Hindistanın məşhur vətənsevərlərindən olan Ağa Xan öz vətəninin gələcəyi üçün Hindistan, Əfqanıstan və İranın birliyini əsaslandırmışdır.

İran vətənsevərləri də gələcəkdəki təhlükələrdən qoruna bilmək üçün Ağa Xanın təkliflərini qəbul etməli və “İran irqindən” olan millətlərin birləşmələrini dəstəkləməlidirlər.
“Şeytana papaq tikən Tehran diplomatlarına “Şahnamə” oxumaq ” və Pan-İranizm damarlarına basmaq istəyən Daşnak yetgililərinin əsas məqsədi bu yolla ermənilərin Pan- İranizm vasitəçiliyi ilə Türkiyə İran və Qafqaz sərhədləri içinə girərək Hindistan ilə birləşdikdən sonra İngiltərənin nüfuzu içinə düşəcək İranda onlar Qafqaz, İran və Türkiyədəki erməniləri birləşdirməklə xəyali “Böyük Ermənistan” ın yaradılmasına nail olmaq idi.

Daşnakların İrandakı o dövr fəaliyyətlərini geniş şəkildə şərh edən Mirzə Bala Məmmədzadə özünün “Ermənilər və İran” adlı əsərində göstərir ki, Daşnaksütyun, İranın inkişaf tarixinin istiqamətini dəyişdirmək, İran birliyinin gərəkdirdiyi Şərq yönünü Qərb və Şimala çevirmək sayəsində İran ilə Türk dünyası arasında yeni qanlar axıtmaq yolu ilə Avropa dövlətlərinin himayəsinə sığınaraq “Böyük Ermənistan”ı yoxdan, tarixlərin və yüzillərin gömdüyü məzarlardan çıxarmaq əməllərini bəsləməkdə, eyni zamanda da İranın son inqilabına (Məşrutə İnqilabı nəzərdə tutulur – A.M.) yenə öz milli çıxarları baxımından düşməncə bir anlam verməkdədir. Guya Rza Xan Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi və Qacar sülaləsinin yıxılması “farslığın” – İranizmin “Türklük” – Turanizm üzərindəki başarısı imiş. Halbuki İran İngilabından sonra azadlıq və məşrutiyyət hökümətinin yetişdirdiyi Əhməd Şah Qacarın Türklüklə heç bir əlaqəsi olmadığı kimi yıxılmasının da səbəbi fars olmadığı deyildir. Qacarların yıxılmasınn əsas səbəbi çar Rusiyasının İranın daxili işlərinə qarışması üzündən yenilik və inkişaf hərəkatının dayanması olmuşdur. Rusiya ilə İngiltərə arasında İranın nüfuz bölgələrinə bölünməsinə qərar verildikdən sonra Rusiyanın İranın şimalında, onun Tehranına və ən özgürlükçü mərkəzi olan Təbrizinə hakim olması olmuşdu. Rusiya Məşrutiyyət Hökumətinin Milli Məclisini topa tutaraq dağıtmış, hürriyyətçiləri İranın müxtəlif yerlərinə səpələmiş, bununla da Milli Məclisin bir köməkçisi olan Əhməd Şah Qacarın səltənəti İngilabın təbii ehtiyacı olan çağdaş burjuaziya reformlarını həyata keçirməkdə aciz qalmışdı. Daşnaksütyunun indi belə (1920- ci illər nəzərdə tutulur-A.M.) arxalandığı Rusiya yaşadığı müddətdə İran istila altında qalacaq və İrandakı Orta əsrlərdən qalma feodal metod davam edəcəkdir. Belə bir vəziyyətdə Əhməd Şah deyil, Rza Şah Pəhləvi belə olsaydı, artmaqda olan ehtiyacı ödəyə bilməyəcək, çağdaş reformları həyata keçirməkdən məhrum olacaqdı (Seçmələr bizimdir- A.M. Bax: Mehmetzade Mirza Bala, Ermeniler ve İran, İstanbul 1927, səh. 28).

Daşnaqlar İranda xalqların reformlara xərcləyəcək maddi və mənəvi gücünü Türklərə qarşı yönəltməyə çalışmışdılar. Onların iddiasına görə, İran ermənilərin ikinci vətənidir. İranlılar ermənilərin irqdaşlarıdır. İranın bağımsızlıq hərəkatında ermənilər guya yol göstərici və öncü rol oynamışlar. Daşnaklar bu fəaliyyətlərində guya heç bir xüsusi məqsəd güdməmiş, erməni milləti üçün heç bir milli çıxarları göz önünə almamış, yalnız İranı Türklərin əsarət və zülmündən qurtarmaqla vətən görəvini yerinə yetirmiş və yetirməkdədilər. Bu, ermənilərin milli vəzifəsidir. Çünki dünyada yalnız İran milləti ermənilərin böyük qardaşı və içdən dostu olmuş və belə də olacaqdır. Daşnaqlar bu “qardaşlıq və səmimiyyətə” dəlil olaraq bir cox məsələlərdən söz açır və ermənilərin İranda ən önəmli vəzifələrdə çalışmalarının səbəbini də bu “irqdaşlıqda və inqilaba rəhbərlik etmələrində” görürdü.
İranda təmərküzləşən Daşnaqların İran haqqındakı ” sədaqət və fədakarlıqlarına” qarşı İranın fars yetgililəri, başda Rza Şah olmaqla etinasız qalmamış, daxildə onlara verdikləri imtiyazlardan və haqlardan başqa İran xaricində də erməniləri müdafiə etmiş, qorumuş və bu gün də müdafiə etməkdə və qorumaqdadır. Daşnakların ö dövrdə ayrı-ayrı mətbuat orqanlarında yazdıqlarına görə, 1894-1896-cı illərdə ermənilərin dostu olan rus konsulluqları erməni qaçqınlarını guya Osmanlılara təslim edərkən, İngilis konsulluğu erməniləri Türk toplarına hədəf olaraq kullandığı zaman irqdaş İran konsulluqları erməni millətini qorumuş, erməniləri Türklərin soyqırımından qurtarmağı düşünmüşdülər. 1915- 1916-cı illərdə Alman və Amerikan konsulluqlarından daha çox İran konsulluqları ermənilərin qorunmasına çalışmışdı. Erməni liderlərinin düşüncəsinə görə, İran dövlətinin bu fəaliyyətləri siyasi düşüncələrlə bağlı olmayıb farslarla ermənilərin eyni irqdaşlıq və qandaşlığından irəli gəlirmiş. Eyni qandaşlıq səbəbi ilə İran dövləti bütün dövlətlərdən öncə Ermənistanın müstəqilliyini tanımış, İrəvana elçi göndərmişdi.

Daşnaklara görə, bu fars-erməni dostluğunu yaradan irq və qardaşlıqdan başqa bir sıra mühüm tarixi səbəblər də vardır. Daşnaklara görə, istər keçmişdə, istərsə də indi bu iki milləti (farslarla erməniləri) birləşdirən, tarixlərini ortaq bir şəklə salan gerçək yararlar olmuşdur. Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Ortaq və ümumi bir düşmən bu iki millətin həyat işığını söndürməyə çalışmış, bununla da bu iki milləti birləşdirmişdi. Bu düşmən də Türk millətidir.

Özlərini və farsları “ari irqi” ndən sayan erməni Daşnak yetgililəri belə bir fikir irəli sürürdülər ki, Ankara “Turançılığın” qaynağı və mərkəzi olduğu kimi Tehran və ya İsfahan da “ari” soyunun qardaşlıq və birlik qaynağı, “İranizmin” mərkəzi olmalıdır. Bu mərkəzdə soylu farslar, savaşçı kürdlər, igid lorlar və bəluclar, döyüşçü kiləklər, çalışqan və bacarıqlı ermənilər, əfqanlar, hindlilər və bütün “ari” irqindən olan millətlər toplanmalı və birləşməlidirlər. “Turançılığın” içində və ortasında məhz belə bir “aryanizm” ocaqları yaratmalıyıq (Seçmələr bizimdir-A.M. Bax: Parisdə nəşr olunan “Truşak” adlı erməni qəzetinin “İran və Turan” adlı yazısına. İqtidas Mirzə Bala Məmmədzadənin “Ermənilər və İran” adlı əsərindən götürülmüşdü, səh.11).

Daşnak yetgililəri göstərirdilər ki, yüzillər boyu sürən İran ilə Turan savaşı bitməmişdi. Ona görə də kiçik məsələləri bir tərəfə buraxıb vəziyyəti diqqətlə izləyəcək olursaq, bu savaşın hələ də davam etdiyini görərik. İran inqilabları Qacar xanədanın yıxılışı Pəhləviliyin başarısı, ermənilərin hürriyyət uğrunda savaşları “ari irqi”nin Türk və tatar qövmlərinə qarşı sürdürdüyü o qədim savaşın sonudur. Fars ilə erməni milləti qarşısında bu gün də Türklərdən və turançılıqdan təşəkkül edən ortaq bir təhlükə vardır. Görəcəyimiz işin əsasını təsbit etmədən ümumi düşmənimiz olan Turançılığı araşdırmaq, onun məqsəd və metodonu anlamaq və sonra eyni silahla ümumi düşmənimiz olan Türklərə qarşı hərəkət etmək kimi mühüm bir vəzifəmiz vardır. (Bax; “Truşak” qəzeti, İqtibas Mirzə Bala Məmmədzadənin “Ermənilər və İran” adlı əsərindən götürülmüşdür – A.M. səh.9, 10).

Türklərə qarşı fars-erməni işbirliyi Rza və Məhəmməd Rza Şahlar dövründə olduğu kimi İranın molla rejimi dövründə də davam etmiş və bu gün də davam etməlkdədir. Belə ki, bugün belə Tehranın “Ararat Kulubu”nda Türklərə qarşı yeni nəzəriyyələr öyrədilir, Rubatkərimdə ermənilərə hərbi təlim keçirilir. “Sərkis Kilsəsi” ndə də davamlı olaraq Türkiyə və Azərbaycana qarşı proqramlar hazırlanır və mərhələ-mərhələ həyata keçirilir. “İran” adlandırılan bu İslam dövlətində 40 milyonluq müsəlman Azərbaycan Türkünün bir dənə də olsun anadilli məktəbi olmadığı halda ermənilərin 24 məktəbi var. Hər il İran dövlət büdcəsindən ermənilərə bədəlsiz olaraq 2 milyon 200 min dollar dəyərində yardım edilir. Hətta həyasızlıq o dərəcəyə çatır ki, hər il 24 apreldə İran dövlətinin rəsmi icazəsi ilə Türkiyə bayrağı yandırılır və bütün bunlara etiraz edən Güney Azərbaycan Türkləri daşnak quldurları tərəfindən bıçaqlanır və hətta bu olaylarda iştirak edən Güney Azərbaycan Türkləri şovinist fars rejimi tərəfindən mühakimə edilərək zindanlara atılırlar. Ən acınacaqlısı budur ki, Türkiyə və Quzey Azərbaycanın dövlət yetgililəri bu hadisələrə etinasız yanaşır, rəsmi etiraz bildirmirlər.

Facebook Comments