Türkiyənin hədəfi bu ölkədir: Hind okeanına doğru…

Afrikanın buynuzunu tutmağı bacarırlar. Bu şəkildə Hindistanı təzyiq altında saxlayıb, Şərqi Asiya və Çindən dəniz yolu ilə gələn mallar üzərində də təsir imkanına sahib olacaqlar. Bu, Qərbin müdafiəsinə aid bir məsələdir və biz bunu görməzlikdən gələ bilmərik.

Sozcu.az xəbər verir ki, bunu Yunanıstanın “Bluesky” televiziya kanalının jurnalisti İoannis Teodoratos bildirib.

Türkiyənin Somalidə bir kosmik lansman mərkəzi inşa etmək istədiyini deyən yunan jurnalist qeyd edib:

“Bu, türklərə Hind okeanına raket atmaq imkanı verəcək. Türklər Qətərdəki bazaları ilə burada böyük təsirə malikdirlər. Sudanda oxşar cəhdlər etdilər, amma uğursuz oldu. Ancaq onların Liviyada və ümumiyyətlə, Afrikanın Saxara bölgəsindəki varlığı çox güclü bir vəziyyətdədir. İngilislər, almanlar və italyanların nəzarət etmək üçün bir-biri ilə düşmən olduqları Somalini təsir dairəsinə salmağı hədəfləyirlər”.

Facebook Comments