Türkiyənin dəstəklədiyi qüvvələr Əsəd ordusuna hücuma keçdi

Suriyada Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Suriya ordusuna qarşı hücumalara başlayıb.

Sozcu.az xəbər verir ki, müxaliflər Hələb və İdlib bölgələrində Suriya ordusunun irəliləməsinin qarşısını almaq üçün əks həmlə edib.

Hazırda Kefer Hələb-Meyzenaz bölgəsində şiddətli toqquşmalar davam edir.

Məlumata görə, döyüşlər zamanı çox sayda suriyalı hərbçi həlak olub. Suriya ordusunun hücumlarının qarşısı alınıb.

Qeyd edək ki, Rusiya və İranın dəstək verdiyi Suriya ordusu son 24 saat ərzində 6 məntəqəni ələ keçirib.

Facebook Comments