Türkiyəli yazardan iddia: Orduda 18 min FETÖ-çu var

468 FETÖ-çu hakim və prokuror hələ də vəzifədədir. Türkiyə Silahlı Qüvvələrində (TSQ) isə FETÖ şəbəkəsinin 18 min üzvü var.

Sozcu.az xəbər verir ki, “Hürriyyət” qəzetinin yazarı Nədim Şənər deyib.

“Hazırda hansı qərarı verəcəyini, hansı ittihamla çıxış edəcəyini, hansı istintaqı başladacağını bilmədiyimiz 468 FETÖ-çu hakim və prokuror var. FETÖ-nun siyasi qolu ilə bağlı narahat olanlar heç bu barədə düşünmürlər. 15 iyuldan (2016-cı il) bəri 23 min nəfər haqqında TSQ-da prosedur icra edildi. 15 iyul qiyamında iştirak edən FETÖ-çu sayı 5 min 600-dür. Bu mənada “TSQ-da nə qədər FETÖ-çu var” soruşanda 5 min 600 rəqəmi göstərilir. Ötən 3,5 il ərzində 4 dəfə çox FETÖ-çu müəyyən edildi və bunun 18 mini xaric edildi. Bununla bağlı 6-7 min nəfərin işi hələ də araşdırılır. Araşdırmalar nəticəsində hələ də orduda 18 min FETÖ-çunun olması məlumdur”, – deyə yazar bildirib.

Facebook Comments