Türkiyədən Qarabağ açıqlaması: Qiyamətə qədər…

Türkiyə hökuməti, milləti, Türkiyə Böyük Millət Məclisi, ümumilikdə millətimizin bütün nümayəndələri Qarabağdakı bu möhtəşəm qələbə münasibətilə azərbaycanlı qardaşlarını təbrik edirlər.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş deyib.

“Qarabağ məsələsində beynəlxalq arenanı həm Azərbaycan, həm də Türkiyə əleyhinə qaldırmaq istəyənlərə rəğmən yolumuzdan dönmədik. Prezident İlham Əliyevin liderliyində Azərbaycan kəskin mübarizə ilə ay yarım ərzində 29 illik yuxunu gerçəkləşdirdi və Qarabağ Azərbaycana qovuşdu. Qarabağ Azərbaycandır və qiyamətə qədər Azərbaycan olaraq qalacaq!” – o bildirib.

Facebook Comments