Türkiyədən “Oruc Rəis” gəmisi ilə bağlı yeni qərar

Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti sentyabrın 1-dək uzadılıb.

Sozcu.az xəbər verir ki, bununla bağlı yeni NAVTEX (dənizçilərə elan) elan edilib.

“Ataman” və “Çingiz Xan” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır.

“Oruc Rəis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Facebook Comments