Türkiyədən növbəti silah: pilotsuz yerüstü döyüş vasitəsi

“Havelsan” şirkəti Türkiyə Silahlı Qüvvələri üçün yaratdığı pilotsuz yerüstü döyüş vasitəsini təqdim edib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, döyüş vasitələri ilin sonuna kimi tamamilə hazır olacaq. Döyüş vasitəsi yüksüz 450, tam təchiz olunmuş halda isə 650 kiloqram çəkidə olur. Avtonom sürmə qabiliyyətinə sahib olan vasitə uzaqdan idarə olunan 7.62 mm-lik silah sisteminə də malikdir.

Bundan başqa, KBRN (kimyəvi, bioloji, radioloji, nüvə) silah sensoru ilə təhlükəni aşkar edə bilir. Vasitənin üzərində bir robot qol da var.

Döyüş vasitəsi hər cür hava şəraitində uğurla sınaqdan keçib. Bildirilir ki, döyüş vasitəsi terrorla mübarizə və digər əməliyyatlarda Türkiyə ordusuna böyük köməklik göstərəcək.

Facebook Comments