Türkiyədə zəlzələ baş verib

Türkiyənin Manisa şəhərində zəlzələ baş verib.

Trend-in Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ 4.1 gücündə, episentri isə 7.04 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:56-da Manisanın Akhisar rayonunda qeydə alınıb.

Ölən və xəsarət alanlar, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.

Sozcu.az

Facebook Comments