Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 318 nəfər dünyasını dəyişib.

Sozcu.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 35 926 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 55 802 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 268 447 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 43 856 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 687 590 nəfər təşkil edir.

Facebook Comments