Türkiyədə növbəti zəlzələ

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ mərkəzinin yerin 7 km dərinliyində baş verdiyi qeyd edilib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Facebook Comments