Türkiyədə məhkəmə hökumətin qərarını ləğv etdi

Türkiyə Konstitusiya Məhkəməsi Vikipediya Vəqfinin sözügedən elektron ensiklopediyaya girişə qoyulmuş qadağa ilə bağlı müraciətinə baxıb.

Sozcu.az xəbər verir ki, məhkəmə bu qadağanın ifadə azadlığına əngəl törətməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, 2017-ci il aprelin 29-dan etibarən Türkiyədə Vikipediyaya girişə qadağa qoyulub. Buna səbəb kimi Vikipediyada terroru dəstəkləyən yazıların olması göstərilib.(Axar.az)

Facebook Comments