Türkiyədə koronadan ölənlərin sayı 6 minə çatır

Türkiyədə son sutka ərzində 16 nəfər koronavirusdan dünyasını dəyişib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yaylb.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 5 min 829-a çatıb.

Nazir bildirib ki, indiyədək 239 min 622 nəfər koronavirusa yoluxub.

Facebook Comments