Türkiyədə koronadan ölənlərin sayı 168 oldu

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 168 nəfərə çatıb. Onların 37 nəfəri martın 30-da vəfat edib.

Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, bu gün ümumilikdə 11 min 535 nəfər üzərində müayinə aparılıb. Ölkə üzrə 10 min 807 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 725 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Türkiyədə COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində ümumilikdə 76 min 981 nəfər testdən keçirilib. Müalicəyə cəlb olunanlardan 162 nəfər sağalıb.

Facebook Comments