Türkiyədə güclü zəlzələ: 5 ev dağıldı, 5 yaralı var

Türkiyənin Van vilayətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ olub.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 6,9 kilometr dərinliyində qeydə alınıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu zəlzələ nəticəsində tələfatın olmadığını, 1 evin isə dağıldığını açıqlayıb.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində 5 ev tamamilə dağılıb, 7 evdə zədələr aşkarlanıb. Beş nəfərin yaralandığı bildirilir.

Təbii fəlakət bölgəsinə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 18 nəfərlik heyəti ezam olunub.

Facebook Comments