Türkiyə və Rusiya arasında gərginlik – Ankaradan Moskvaya sərt etiraz

Türkiyə Rusiya rəsmilərini Krım tatarlarına zülm və təzyiq göstərməkdə ittiham edib.

Sozcu.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin saytında Krım tatarlarına olunan təzyiqlərdən bəhs olunub.

Məlumatda Krımdan olan tatar fəalların saxlanılması və bu məqsədlə avqustun 31-də onların evlərində axtarışların aparıldığı öz əksini tapıb:

“Bu, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra başlayan Krım tatarlarına sistematik təzyiq və qorxutma kampaniyasının son nümunəsidir”, – açıqlamada qeyd edilib.

Rəsmi saytda Türkiyənin Krım tatarlarını dəstəkləməyə davam edəcəyi vurğulanıb. Türkiyə Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edib, bu məsələdə Ukraynanın mövqeyini bölüşür.teleqraf

Facebook Comments