Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda sülhməramlılarla bağlı mübahisə

Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı mübahisələr yaranıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrə danışan mənbə bildirib ki, fikir ayrılıqlarının əsasında Ankaranın regionda vahid koordinasiya mərkəzindən asılı olmayan öz müşahidə məntəqəsini yaratmaq istəməsi dayanıb.

Rusiya isə Türkiyənin Qarabağda məntəqə yaratmasına qarşı çıxır. Bu mövzu ətrafında Moskvada danışıqlar davam edir. Ankara kompromislə qərarın qəbul ediləcəyinə ümid edir.yenisabah

Facebook Comments