Türkiyə Əsədin “sağ əli”ni vurdu: “Pələnglər” başsız qaldı – Foto

Türkiyə Silahlı Qüvvələri İdlibdə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.

Sozcu.az xəbər verir ki, Türkiyə əleyhinə çıxışları ilə tanınan “Pələng qüvvələri” xüsusi təyinatlılarının başçısı, Əsədin “sağ əli” olaraq bilinən Süheyl Həsən PUA-lar tərəfindən vurulub. Onun yaralı vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, S.Həsən son açıqlamasında Türkiyənin hədəfinin Hələb olduğunu və “İstanbul təslim olar, Hələb təslim olmaz” demişdi.

S.Həsən Rusiya Baş Qərargahı tərəfindən də rejim qüvvələrinə xidmətinə görə mükafatlandırılmışdı.

Facebook Comments