Türkiyə parlamentində əlbəyaxa dava – VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) deputatları arasında gərginlik yaşanıb.

Sozcu.az xəbər verir ki, qarşıdurma “Kütləvi qırğın silahlarının maliyyələşdirilməsinin qarşısının alınması” ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı baş verib. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib.

İclasa sədrlik edən Sürəyya Sadi Bilgiç iclası yarımçıq saxlamalı olub. Deputatlar qarşıdurmada koronavirusla mübarizə tədbirlərini unudaraq maska taxılması, məsafə saxlanılması tələblərinə də əməl etməyiblər.teleqraf

Facebook Comments