Türkiyə ordusunun Azərbaycana göndərilməsi… – Qalın

Rusiya və Türkiyə nümayəndə heyəti arasında Qarabağla bağlı danışıqların ilk mərhələsi başa çatıb.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın NTV kanalına açıqlamasında deyib.

O bildirib ki, ilk mərhələdə Rusiya tərəfi Türkiyənin fikirlərini öyrəndi:

“Artıq onlar lazımi təlimatları Kremldən alacaqlar. Önümüzdəki günlərdə əməliyyat şəraiti, harada və necə aparılması, kimin hansı işi görəcəyi ilə bağlı danışıqların yekunlaşmasını gözləyirik. Türk əsgəri onsuz da orada olacaq. Biz onsuz da oradayıq. Çünki Azərbaycanla xüsusi münasibətlərimiz var. Hərbi və əməkdaşlıq müqavilələrimiz lap əvvəldən mövcuddur. Artıq Türkiyə ordusunun Azərbaycana göndərilməsi ilə bağlı sənəd də parlamentdə qəbul edilib. Müşahidə missiyası olaraq Azərbaycan fəaliyyətimizi davam etdirəcəyik”.

Facebook Comments