Türkiyə olmasaydı, bunu bacarmazdıq – Kuleba

Əminliklə deyə bilərəm ki, türk tərəfdaşlarımızın dəstəyi olmasaydı, Liviyada saxlanılan ukraynalı dənizçiləri ölkəyə qaytarmaq mümkün olmazdı.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Əməliyyatda iştirak edən komandama, Ukrayna qurumlarına və beynəlxalq dostlarımıza da minnətdaram. 4 dənizçinin Liviyadan Ukraynaya evakuasiyası Türkiyə ərazisindən həyata keçirildi”, – Kuleba bildirib.

Facebook Comments