Türkiyə mediası: Azərbaycan Ordusu şərəfli tarix yazır

Türkiyənin kütləvi informasiya vasitələri müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumatları geniş şəkildə yaymaqda davam edir.

Sozcu.az xəbər verir ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirməsi və dövlətimizin başçısının Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad olunması barədə özünün rəsmi “Twitter” səhifəsində paylaşım etməsi Türkiyə KİV-ləri tərəfindən sürətlə yayılıb.

Müzəffər Azərbaycan ordusunun şərəfli tarix yazdığını ifadə edən media cəbhə bölgəsindən gələn şad xəbərləri böyük sevinclə Türkiyə ictimaiyyətinə çatdırır.

Facebook Comments