Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi

Türkiyə PUA-ları İraqın şimalında Bağdad hökuməti qüvvələrinin 2 yüksək rütbəli zabitinin olduğu avtomobili vurub.

Sozcu.az xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.

Məlumata görə, avtomobildə zabitlərdən başqa sürücü də olub.

Ərbil vilayətinə bağlı Sidekan rayonunun bələdiyyə sədri İhsan Çələbi komandirlərin PKK üzvləri ilə görüşü zamanı vurulduğunu deyib:

“Türk PUA-ları Bağdad hökumət qüvvələri ilə PKK üzvlərinin sərhədə yaxın ərazidə iclas keçirdiyi yeri vurub”.

“Assosiayted Press” agentliyinə danışan İraq ordusunun rəsmiləri komandirlərin PKK üzvləri ilə görüşdüyünü təsdiqləyib. Onlar hadisə zamanı 5 nəfərin öldüyünü bildirib.

Məlumata görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın İraqa səfəri də ləğv edilib.

Qeyd edək ki, ötən gün bu zərbələr nəticəsində PKK lideri Cəmil Bayıkın məhv edildiyi iddiası da irəli sürülüb.

Facebook Comments